Birmərc”in tarixçəsi

 

Səmimi desəm, bu yazını tamaşadan ilham aldığım üçün deyil, məhz Çexov düşüncəsinə, rəngarəngliyinə intellektinə olan marağımdan yazıram.

Bizə çox doğma məkan olan Yuğ teatrının fərqli düşüncə sferası, poetikası, üslubu məhz repertuar, səhnə materialı seçimində özünün qoruyub-saxladığı ənənəni pozmur, əksinə hər dəfə yeniləyir.

Anton Povloviç Çexov-hamımıza yetərincə məlum olan yetərincə məlum olmayan böyük yazıçı, dramaturq... bir sözlə heç zaman köhnəlməyən qələmin açıldıqca sirri-sehri bitməyən nümayəndəsidir.

Uzun sözün uzunu... Çexov bu nağılı (“Mərc”) əyləncəli, ironik bir üslubda yazıb, 1888-ci ildə çap etdirmişdir. Sadə, lakin bununla bərabər çoxqatlı-insanın düşünüb, maraqlanması üçün istəsəniz burada taparsınız.

Nağılda, həmçinin tamaşada bankir gənc hüquqşünas arasında bağlanmış, razılığa gəlinmiş qəribə bir mərcdən danışılır. Ömürlük həbsin ölüm cəzasından daha pis olduğunu hesab edən Bankir mərcin davam etdiyi 15 il ərzində qarşı tərəfin bütün ehtiyaclarını ödəyir. Mərcin sonuna sayılacaq saatlar qalanda Bankir hiss edir ki, məğlub olur o söz verdiyi iki milyonu verməlidir. Bu müddətdə isə Hüquqşünas yüzlərlə elmi, bədii, dini kitablar oxuyub, 6 dil öyrənib. Beləliklə... səhər məhbus azadlığa çıxacaq, o pulu alacaq-Bankir isə dilənçi vəziyyətinə düşəcək.

Yuğ teatrın gənc rejissoru ƏR-Toğrulun seçimində quruluşunda təqdim olunan mərc Yaqut Paşazadənin Amid Qasımovun razılığı ilə başlanır. Mərcin qəhrəmanı bütün insanlığa, onun böyük kiçik işlərinə, dahi rəzil düşüncələrinə nifrət edir. burada vahid mərc bundan ibarətdir: ölüm cəzası yoxsa, ömürlük həbs. İki milyon, yoxsa azadlıq.

Bilirsiniz mən ÇexovunMərc”ini oxuyanda elə məqamları özüm üçün qaraltdım ki, bir daha Çexovun şəksiz özəlliyini dərk etdim. Məsələn, bu əhvalatı danışan bankir belə bir təsvir verir: “Stolun ətrafında normal insana bənzəməyən hərəkətsiz bir şəxs oturub. Onun rəngi sarıdır, boyu hündür, yanaqları içəriyə doğru qabarmış, əlləri isə o qədər arıqdır ki, ona baxmaq belə ağırdır, ağrıdıcıdır.” Müəllif tərəfindən yaradılan obrazın asketik görünüşü, onun kitablara münasibətdəki müdrikliyi bütün paradoksallığı ilə bizə vahid fikri çatdıra bilir. Vahid fikir olsa da, vahid nəticə hələ ki, yoxdur...

Gənc rejissorun ilk işində isə biz teatrın xanım aktrisası Yaqut Paşazadənin ifasında hər zaman olduğu kimi maraqlı gəlişmələrlə, gözlənilməz improvizələrlə zəngin olan bir oyunun şahidi oluruq. Bu mənada tərəfmüqabili maksimum dərəcədə uduzur. Amidin hərəkətlərindəki nizamsızlıq heç bir məntiqi jestə, rejissorun təqdim etdiyi poetika (Psixosof) ilə özünü təmizə çıxara bilmir.

Maraqlı məqamlardan biri Zaman aspektinin önəm daşıdığı tərəflərdir. 12 saat 14 noyabr 1870-ci il 12 saat 14 noyabr 1885-ci il cəmi 15 il. Burada zaman sadəcə izah üçün, hadisələrin dramatikləşdirilməsi üçün deyil, həm ömür ölümün ikiləşməsi üçün vacib məsələdir. Axı, 15 il bir insan ömrüdür. Az çox olmasına baxmayaraq...

... əslində o dərəcədə dramatik olan bir vəziyyət yoxdur. Burada ruslar demişkən biranekdotvar, pritça var. Məsələn, “illər keçdi. Bankir qonaqlıq verir. Bu gecədə çoxlu ağıllı insanlar var onlar ağıllı söhbətlər edirlər. Yeri gəlmişkən söhbət həyat onun əsas qayəsi olan insan cəmiyyətindən ibarət idi”. Bu qonaqların əksəri bankir, yəni varlı olan təbəqədəndirlər. onlar hamısı milyonlara guya ki, nifrət edirlər. bankir hara, ağıllı söhbət hara... Bu vəziyyətin paradoksallığıdır. Elə ona görə , mərc sadəcə olaraq bəhanədir, insanın həyatı onun dəyəri haqqında düşünmək üçün.

 

Mən mərc etmək istəyirəm. Sizcə tamaşanın sonu necə bitdi?

-bankir hüquqşünası öldürdü;

-hüquqşünas bankiri öldürdü;

-hər ikisi bir-birini öldürdü;

-onlar intihar etdilər;

-hər ikisi sağdır, lakin mərci udan olmadı;

-bankir uduzdu, lakin pulu vermədi;

-hüquqşünas uddu, lakin pulu götürmədi;

 

Bu da SON...

Lakin qeyd etmək vacibdir ki, tamaşanın quruluşçu rəssamı Umeyra, musiqi tərtibatı Amid Qasımov, Mələk Vəlizadə, rejissor assistenti Aytən Məmmədova, rəqslərin quruluşu isə Mikayıl Mikayılova məxsusdur. Tamaşaya baxsanız, bu zaman Ramiz Rövşənin şerlərinə Vidadi Həsənovun bəstələdiyi mahnılardan parçalar da dinləyə bilərsiniz...

Mən bütün həyatım boyu cənnət hesab etdiyim iki milyondan vaz keçirəm, sizə yaşadığınız həyatın eybəcər olduğunu sübut etmək üçün. Beləliklə... mən göstərilən müddətdən 5 saat qabaq buradan çıxıb, bu razılığı Mərci pozuram...”

 

Aygün Süleymanova,

Teatrşünas

 

Kaspi.-2013.-8-10 iyun.-S.10.